Premyer Liqada “gənclik” və “qocalıq” üz-üzə gəldilər

Fuutbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turunun “Lester Siti” – “Nyukasl” oyununda (0:3) əlamətdar rekord qeydə alınıb.

Arena.az “Opta Joe” dərgisinə istinadən məlumat verir ki, oyunun 74-cü dəqiqəsində “tülkülər”in heyətində 15 yaşlı ingiltərəli sol cinah hücumçusu Ceremi Monqa debüt edib.

Yeniyetmə hücumçu ilə onun komanda yoldaşı, “Lester Siti”nin canlı əfsanəsi, 38 yaşlı ingilis mərkəz hücumçusu Ceymi Vardi arasındakı yaş fərqi 22 il 180 günə bərabər olub. “Gənclik” və “qocalığın” üz-üzə gəldiyi bu yaş fərqi İngiltərə Premyer Liqasının mütləq rekordudur. Oyun günü, aprelin 7-də Monqa 15 yaş 271 günlüyündə, Vardi isə 38 yaş 91 günlüyündə olub.

31 oyundan 17 xal toplamış “Lester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 19-cu pilləsində qərarlaşıb. “Nyukasl” isə 30 oyundan 53 xalla 5-ci pillədədir.

Premyer Liqaya 31 oyundan 73 xalla “Liverpul” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: