Premyer Liqadan Afrika və Asiya Kubokuna bu futbolçular gedəcək

İngiltərə Premyer Liqası komandalarından Asiya Kuboku və Afrika Millətlər Kubokuna yollanacaq futbolçuların siyahısı açıqlanıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən həmin futbolçuları təqdim edir:

“Nottingem Forest”:
Serj Orye (Kot-d’İvuar), Villi Boli (Kot-d’İvuar), İbrahim Sanqare (Kot-d’İvuar), Şeyku Kuyyate (Seneqal), Mussa Nyakate (Seneqal), Ola Ayna (Nigeriya);

“Şeffild Yunayted”:
Anis Slimane (Tunis), Yasser Larusi (Əlcəzair);

“Tottenhem”:
Pape Sarr (Seneqal), Son Hın Min (Cənubi Koreya Respublikası), İv Bissuma (Mali);

“Vest Ham”:
Naif Ager (Mərakeş), Məhəmməd Kudus (Qana);

“Vulverhempton”:
Hvan Hi Çan (Cənubi Koreya Respublikası), Rayan Ait-Nuri (Əlcəzair), Bubakar Traore (Mali), Castin Hubner (İndoneziya);

“Kristal Pelas”:
Jordan Ayyu (Qana);

“Everton”:
İdrissa Geye (Seneqal);

“Fulhem”:
Fode Ballo-Ture (Seneqal), Aleks Ayuobi (Nigeriya), Kelvin Beyssi (Nigeriya);

“Liverpul”:
Vataru Endo (Yaponiya), Məhəmməd Salah (Misir);

“Luton Taun”:
İssa Kabore (Burkina-Faso).

“Mançester Yunayted”:
Andre Onana (Kamerun), Sofyan Amrabat (Mərakeş), Amad Diallo (Kot-d’İvuar);

“Arsenal”:
Məhəmməd Elneni (Misir), Takehiro Tomiyasu (Yaponiya);

“Aston Villa”:
Bertran Traore (Burkina-Faso);

“Bornmut”:
Danqo Uattara (Burkina-Faso);

“Brentford”:
Yoan Vissa (Konqo Demokratik Respublikası), Çi-Su Kim (Cənubi Koreya Respublikası), Saman Qoddos (İran), Frenk Onyeka (Nigeriya);

“Brayton”:
Simon Adinqra (Kot-d’İvuar), Tarik Lempti (Qana), Kaoru Mitoma (Yaponiya);

“Çelsi”:
Nikolas Cekson (Seneqal).

“Mançester Siti”, “Nyukasl” və “Börnli”dən bir nəfər də olsun Asiya Kuboku və Afrika Millətlər Kubokuna çağırılmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: