Premyer Liqanın ilk 6 komandası üçün böyük gəlir

Futbol üzrə İngiltərə Premyer Liqasında ilk altı yeri tutacaq komandalar turnirin pul mükafatının böyük hissəsini alacaqlar.

Arena.az bu barədə “Daily Telegraph” dərgisinə istinadən məlumat verir.

Premyer Liqa çempionu “Mançester Siti” ötən mövsüm 184 milyon avro qazanıb, 20-ci yerdə qərarlaşmış “Sauthempton” isə 114 milyon avro məbləğində gəlir əldə edib. Hazırda bu fərq 1,6:1 nisbətindədir. Amma Premyer Liqa bunu 1,8:1 nisbətinə çatdırmağı nəzərdə tutub. Bu isə nəhəng klublara daha bir neçə on milyon əlavə gəlir gətirəcək.

Dəyişiklik 2025/2026 mövsümündə baş verə bilər. Bu artım Avropada yüksək inflyasiya səviyyəsi ilə qismən bağlıdır. Bu, klubların hələ də səs verməli olduğu “Futbolun yeni istiqaməti” layihəsinin bir hissəsi olacaq, amma razılaşmanı qəbul etmək üçün bütün Premyer Liqa klublarının yarısından çoxunun səsini tələb edilir. Yeni tarifə əlavə olaraq, aşağı liqa klublarına 149 milyon avro ayrıla bilər.

Premyer Liqa ötən yay 2,7 milyard avro xərcləyərək yeni sərfiyyat rekordunu müəyyən edib. Mükafat pulu artarsa, İngiltərə komandalarının gələcək transfer pəncərələrində də xərcləri artacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: