Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına (AMF) maliyyə dəstəyinin göstərilməsi haqqında Sərəncam imzalayıb.
Arena.az xəbər verir ki, sərəcanama əsasən Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat pul ayrılacaq.
Sərəncamla Azərbaycan milli komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Xatırladaq ki, minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukraynanı 2:0 hesabı ilə məğlub edib.
Bu, sonuncu dünya çempionatının da qalibi olan Azərbaycan millisinin ikinci Avropa çempionluğudur. Komandamız daha əvvəl 2022-ci ildə bu titula sahib çıxmışdı. Prezident həmin uğurlarda da milli üzvləri ilə görüşmüş və federasiyaya maliyyə yardımı ayırmışdı.


