PSJ 16-cı dəfə Fransa Kubokunun qalibi oldu

PSJ Fransa kubokunun 2024/2025-ci illər mövsümünün finalında “Reyms”i 3:0 hesabı ilə məğlub edərək 16-cı dəfə ölkə kubokunu qazanıb.

Arena.az xəbər verir ki, həlledici qarşılaşma Parisin “Stad de Frans” stadionunda baş tutub.

Matçın əsas qəhrəmanı Bredli Barkola olub. Fransız futbolçu 2 qol vurub və məhsuldar ötürmə edib. Daha bir qolu Əşrəf Hakimi vurub.

Bundan əvvəl Luis Enrikenin komandası Fransa çempionatının (Liqa 1) da qalibi olmuşdu. Fransa nəhəngi həmçinin UEFA Çempionlar Liqasını qazanmağı hədəfləyib. Paris təmsilçisi ÇL-in finalında İtaliyanın “İnter” komandası ilə qarşılaşacaq.

Fransa Kuboku
Final
24 may

PSJ – Reyms 3:0
Qollar: Barkola, 16; 19. Hakimi 43.

Xəbəri sosial şəbəkələrdə paylaş: