Futbol üzrə Fransa kubokunda 1/8 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.
Səfərdə Marsel “Olimpik”i ilə qarşılaşan PSJ-nin məğlub olaraq mübarizəni dayandırması diqqət çəkib. Lion “Olimpik”i də “Lill”i doğma meydanda penaltilərlə üstələyib.
“Paris” – “Ansi” və “Anje” – “Nant” matçlarında da qalib penaltilər seriyasında müəyyənləşib. Hər iki oyunda qonaqlar üstün olublar.
“Oser” evdə “Rodez”ə, “Vyerzon” “Qrenobl”a uduzub. Dörd qolun qeydə alındığı “Tuluza” – “Reyms” matçı da meydan sahiblərinin xeyrinə yekunlaşıb.
Fransa kubokunda 1/8 final mərhələsinə sabah keçiriləcək “Loryan” – “Lans” matçı ilə yekun vurulacaq.
Fransa kuboku
1/8 final
8 fevral
Olimpik (Marsel) – PSJ 2:1
Anje – Nant 1:1 (penaltilər 2:4)
Oser – Rodez 2:3
Olimpik (Lion) – Lill 2:2 (penaltilər 4:2)
Paris – Ansi 1:1 (penaltilər 5:6)
Tuluza – Reyms 3:1
Vyerzon – Qrenobl 0:1
9 fevral
00:00. Loryan – Lans


