Fransa çempionu PSJ 18 yaşlı futbolçusu Əl-Şaday Bitşiabunu Almaniya Bundesliqasında mübarizə aparan “Leypsiq” klubuna satıb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
Fransalı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Bundesliqa klubu bu transferə görə Paris təmsilçisinə 15 milyon avro ödəyib. Gənc müdafiəçi yeni komandasında 5 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Əl-Şaday Bitşibau 2017-ci ildən 2021-ci ilədək PSJ-nin gənclərdən ibarət komandasında oynayıb. O, 2022-ci ildən klubun əsas komandasının formasını geyinirdi. Bitşiabu Paris təmsilçisinin əsas komandasında 19 matç keçirib. O, Fransanın U-17, U-18 və U-19 yığmalarında forma geyinib.



