Azərbaycan kubokunun sonuncu qalibi “Qəbələ” bu gün Avropa Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə start verib.
Arena.az xəbər verir ki, əyalət təmsilçisi bu turnirin 2-ci təsnifat mərhələsində Kipr “Omoniya”sı ilə üz-üzə gəlib.
Azərbaycan klubunun bu rəqiblə ilk oyunu Qəbələ şəhər stadionunda baş tutub. Rumıniyalı FIFA referisi Andrey Çivuletenin idarə etdiyi qarşılaşma qəbələlilər üçün uğursuz alınıb. Beş qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri məğlubiyyətlə üzləşiblər. Əyyub Allaş bu oyunda dubla imza atsa da, komanda yoldaşları rəqib komandanın heyətində Roman Bezusun het-trikinə mane ola bilməyiblər.
Xatırladaq ki, “Omoniya” geridə qalan mövsümdə Kipr kubokunun qalibi olmaqla Konfrans Liqasına vəsiqə qazanıb. Çempionatda isə bu komanda 36 oyuna topladığı 49 xalla 6-cı yeri tutub. 15 qələbəsi olan Kipr klubu 4 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb.
Sözügedən komanda UEFA reytinqində 111-ci, Azərbaycan təmsilçisi isə 265-ci yerdə qərarlaşıb.
Bu komandalar arasındakı cavab qarşılaşması avqustun 3-də Kiprdə baş tutacaq. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Midtyulland” (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibinə rəqib olacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
27 iyul
“Qəbələ” – “Omoniya” 2:3
Qollar: Əyyub Allaş, 4; 62 – Roman Bezus, 45+1; 50; 82-pen.
Baş hakim: Andrey Çivulete (Rumıniya).
Qəbələ şəhər stadionu.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov (5. Rauf Hüseynli, 90+1), 28. Murad Musayev, 4. Lukas Afriko, 34. Ürfan Abbasov (k), 99. Ahmed Ayzaya, 7. Emin Səfərov (8. Gilad Abramov, 63), 9. Əyyub Allaş, 14. Ülvi İsgəndərov (20. Bilel Auaşeriya, 63), 72. Osama Xalayla, 10. Omar Hani (17. Yaovi Akakpo, 86).
Ehtiyat oyunçular: 1. Rəşad Əzizov, 36. Elməddin Sultanov, 94. Həbib Huşənov, 12. Nicat Əliyev, 18. Mehrac Baxşalı, 24. Xəyal Xudaverdiyev, 33. Hüseyn Mürsəlov, 71. Sənan Ağalarov.
Baş məşqçi: Elmar Baxşıyev.
Omoniya: 40. Fabiano, 6. Markinyos (17. Yan Leçyaks, 70), 22. Adam Lanq, 5. Senu Kulibali, 3. Adam Matteus, 8. Moreto Kassama (19. Fuad Başiru, 70), 31. İoannis Kusulos (k), 7. Villi Semedo, 90. Roman Bezus (73. Nemanya Miletiç, 89), 10. Loyzoz Loyzu (21. Veliko Simiç, 70), 18. Kərim Ansarifərid (9. Andronikos Kakullis, 76).
Ehtiyat oyunçular: 1. Konstantinos Panayi, 23. Fransiz Uzoho, 20. Panayotis Zakariu, 74. Panayotis Andreu, 76. Çaralambos Çaralampus, 82. Nikolas Kiriakidis, 87. Konstantinos Panteli.
Baş məşqçi: Sofronis Avqusti.


