“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 5-ci turu çərçivəsində “Zirə” ilə qarşılaşır.
Arena.az xəbər verir ki, əyalət təmsilçisinin cari mövsümdəki uğursuz nəticələri olan-qalan azarkeşlərini də küsdürüb.
Belə ki, bu dəqiqələrdə keçirilən “Zirə” ilə ev oyununda “Qəbələ”ni çox az sayda azarkeş dəstəkləyir. İş o yerə çatıb ki, hətta komandanın əsas azarkeş qruplarından olan “Red Black Army” fan-klubu da “Zirə” ilə oyunda cəmi 6 (!) fanatla təmsil olunur.
Əvəzində “Zirə”ni dəstəkləmək üçün Qəbələyə xeyli azarkeş gedib. Onlar bu çətin səfər oyununda komandalarına belə dəstək olmaq qərarına gəliblər.
Xatrıladaq ki, “Zirə” geridə qalan turların hamısından qalib ayrılıb və hazırda 12 xalla zirvədə qərarlaşıb. Liderin rəqibi isə əksinə, bütün görüşlərində xalsız qalıb və 10 iştirakçı arasında sonuncu pillədədir.




