“Qəbələ”nin “Olimpiakos”la matçını gürcü hakimlər idarə edəcəklər

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsində keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, “qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la ilk görüşünü Gürcüstandan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Noyabrın 8-dəki matçın baş hakimi Qoqa Kikaçeişvili olacaq. Ona həmyerliləri David Axvlediani və Davit Qabisoniya kömək edəcəklər.

Xatırladaq ki, Qəbələ şəhər stadionunda baş tutacaq ilk matç saat 16:00-da başlayacaq.

Bu komandalar arasındakı cavab oyunu noyabrın 29-da Pireydə keçiriləcək. Matç “Olimpiakos” Məşq Mərkəzində baş tutacaq. Yunanıstandakı qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.

Azərbaycan təmsilçisi UEFA Gənclər Liqasının Çempionlar yolunun 1-ci mərhələsində Macarıstanın “Puşkaş Akademiya” koamndasını mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: