Qabriel Martinelli “Arsenal”ı “Əl-Hilal”a dəyişdi – 70 milyon avroya!

Futbol üzrə Braziliya milli komandasının da üzvü olan Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib.

Arena.az xəbər verir ki, 25 yaşlı braziliyalı vinger yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

“Əl-Hilal” bu transferə görə “Arsenal”a 70 milyon avro ödəyib. Bu, London klubunun tarixində rekord satışdır. 2017-ci ildən bu göstəricidə ilk pillədə olan Aleks Oksleyd-Çemberlenin “Liverpul”a transferi 38 milyon funt-sterlinq təşkil etmişdi.

Martinelli 2019-cu ilin yayından “Arsenal”da çıxış edirdi. O, London klubunun heyətində 278 rəsmi matçda 62 qol vurub və 36 məhsuldar ötürmə edib. Braziliyalı futbolçu komanda ilə 2026-cı ildə İngiltərə çempionu olub, 2020-ci ildə ölkə kubokunu qazanıb və 2026-cı ildə Çempionlar Liqasının finalçısı olub.

Qabriel Martinelli Braziliya millisində 27 oyun keçirib və 5 qol vurub. O, 2022 və 2026-cı illərdə dünya çempionatlarında iştirak edib, son mundialda 1/16 final mərhələsində Yaponiya ilə oyunda (2:1) qələbə qolunu vurub. Martinelli 2021-ci ildə Tokio Olimpiadasının da qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: