Qadınlar arasında ilk Azərbaycan kuboku: Finalçılar bəlli oldu

Basketbol Federasiyası tərəfindən ilk dəfə təşkil olunmuş qadınlar arasında Azərbaycan kuboku davam edir. Arena.az xəbər verir ki, ilk ölkə kubokunda dörd komanda mübarizə aparır: BBA, “Alov”, PH və AZE U-16.

Azərbaycan kubokunda əsas mərhələnin oyunları dairəvi sistemdə keçirilib. Bu mərhələdə qeydə alınmış nəticələri təqdim edirik:

Azərbaycan kuboku
Əsas mərhələ

1-ci tur

PH – AZE U-16 45:79
“Alov” – BBA 34:66

2-ci tur

AZE U-16 – “Alov” 104:43
BBA – PH 53:25

3-cü tur

AZE U-16 – BBA 37:61
“Alov” – PH 48:46

Turnir cədvəli

1. BBA (3 oyun, 3 qələbə, 0 məğlubiyyət) – 6 xal

2. AZE U-16 (3 oyun, 2 qələbə, 1 məğlubiyyət) – 5 xal

3. “Alov” (3 oyun, 1 qələbə, 2 məğlubiyyət) – 4 xal

4. PH (3 oyun, 0 qələbə, 3 məğlubiyyət) – 3 xal

Bu nəticələrdən sonra reqlamentə əsasən, turnir cədvəlində ilk iki yeri tutmuş komandalar finala vəsiqə qazanıblar. Beləliklə, həlledici oyunda lider BBA ikinci yeri tutmuş U-16 yığmamızla qarşılaşacaq. Əsas mərhələdə BBA bu rəqibi üzərində rahat qələbə qazansa da, final görüşünün necə keçəcəyi maraqla gözlənilir.

Xatırladaq ki, basketbol üzrə Azərbaycan kubokunun bütün oyunları Texniki Universitetin idman zalında keçirilir. Oyunlar federasiyanın “YouTube” portalındakı rəsmi hesabından canlı olaraq basketbolsevərlərə təqdim olunur.

Final qarşılaşması sabah – aprelin 10-da keçiriləcək. Həlledici oyuna saat 21:30-da start verilməsi nəzərdə tutulub. Əvvəlcədən həlledici görüşün də Texniki Universitetin idman zalında olacağı bildirilirdi. Lakin son anda finalın məkanı dəyişib. BBA ilə AZE U-16 arasındakı görüş “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: