“Qalatasaray” 19-cu dəfə Türkiyə Kubokunun qalibi oldu!

Türkiyənin ən titullu klubu olan “Qalatasaray” bu gün futbol üzrə Türkiyə Kubokunun 2024/2025-ci illər mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, İstanbul təmsilçisi Qaziantepdə təşkil olunmuş cari mövsümün final qarşılaşmasında “Trabzonspor”la üz-üzə gəlib.

Qaziantep Böyükşəhər stadionunda keçirilmiş həlledici oyunda “Trabzonspor”la qarşılaşan “sarı-qırmızılar” bu rəqib üzərində 3:0 hesablı qələbəyə seviniblər. Qolları Barış Alper Yılmaz və dubla imza atmış Viktor Osimhen vurublar.

Bununla da “Qalatasaray” tarixi ərzində rekord sayda – 19-cu dəfə Türkiyə Kubokuna sahib çıxıb.

Türkiyə Kuboku
Final
14 may

Trabzonspor – Qalatasasaray 0:3
Qollar: Barış Alper Yılmaz, 5. Viktor Osimhen, 46; 63.

Xəbəri sosial şəbəkələrdə paylaş: