Türkiyənin “Qalatasaray” klubu daha bir ciddi itki ilə üzləşib.
Arena.az xəbər verir ki, İstanbul təmsilçisinin nigeriyalı yarımmüdafiəçisi Henri Onyekuru sıradan çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sağ ayaq əzələsində problem yaranmış 23 yaşlı futbolçunun azı iki həftə istirahət edəcəyi açıqlanıb. Martin Linnes və Deandre Yedlinin də müalicəsi davam edir. Bir neçə gün öncə əməliyyat olunan Radamel Falkao da məşqlərdə iştirak edə bilmir.
Əvəzində müalicəsi başa çatan Arda Turan və Kerem Aktürkoğlu komanda ilə məşqlərə başlayıb. Onların Super Liqanın 35-ci turu çərçivəsində baş tutacaq “Göztəpə” ilə səfər oyununda iştirakı gözlənilir.
Qeyd edək ki, “Göztəpə” – “Qalatasaray” matçı aprelin 17-də keçiriləcək. İstanbul təmsilçisi bu mövsüm keçirdiyi 32 oyunda 62 xal toplayıb və üçüncü pillədə qərarlaşıb. 33 oyuna 66 xal toplamış “Fənərbaxça” ikinci, 32 oyuna 70 xalı olan “Beşiktaş” isə birincidir.


