“Qalatasaray” icarəyə verdiyi oyunçulardan 31,5 milyon gözləyir

“Qalatasaray” mövsümün əvvəlində icarəyə göndərdiyi Nikolo Zaniolo və Yunus Akgündən bütövlükdə 31,5 milyon avro gəlir gözləyir.

Arena.az xəbər verir ki, İstanbul klubu 2023/2024 mövsümünün heyət planlaması çərçivəsində Nikolo Zaniolo və Yunus Akgünü icarəyə göndərib.

Nikolo Zaniolo “Aston Villa”ya, Yunus Akgün isə “Lester Siti”yə yollanıb.

“Aston Villa” Zaniolonu 22,5 milyon avroluq məcburi satlnalma şərti ilə icarəyə götürüb. “Lester Siti” isə Yunusu 9 milyon avroya məcburi satınalma şərti ilə imzalayıb.

Digər tərəfdən, yeni komandalarında hələ də qol sevinci yaşaya bilməyən bu iki futbolçunun yenidən “Qalatasaray”a qayıtması ehtimalı da var. Zaniolo və Yunusun satışından ciddi gəlir gözləyən Türkiyə çempionunun belə bir vəziyyətə düşməsi, gələcək mövsümlə bağlı planların pozulmasına səbəb ola bilər.

Xatırladaq ki, Nikolo Zaniolo “Aston Villa” ilə bütün turnirlər çərçivəsində 16 oyun keçirib və qol hesabını aça bilməyib.

Yunus Akgün isə “Lester Siti”də iştirak etdiyi 11 matçda 2 məhsuldar ötürmə edib.

Nihad Əsədov

Xəbəri sosial şəbəkələrdə paylaş: