“Qalatasaray” İkardinin transferini razılaşdırdı

Geridə qalan mövsümdə Türkiyə çempionu olan “Qalatasaray” PSJ-dən argentinalı hücumçu Mauro İkardini almağa hazırdır.

Arena.az bu barədə “L’Equipe”ə istinadən xəbər verir.

Məlumatda klubların transferin son detalları ilə bağlı razılığa gəldiyi deyilir. İkardinin tamhüquqlu transferinin İstanbul nəhənginə 10 milyon avroya başa gələcəyi bildirilir. 30 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir.

İkardi 2022/2023 mövsümünü icarə əsasında “Qalatasaray”da keçirib. O, “aslanlar”ın heyətində 26 oyuna çıxıb, 23 qol vurub, 8 məhsuldar ötürmə verib, Türkiyə çempionluğunu qazanıb.

“Transfermarkt” internet-portalı Mauro İkardini 19 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: