Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2023/2024 mövsümünün pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutacaq.
“Braqa” doğma meydanda “Panatinaikos”u, “Makkabi” (Hayfa) “Yanq Boyz”u qəbul edəcək. Türkiyə çempionu “Qalatasaray” isə səfərdə “Molde” ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları avqustun 29-30-da keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunları
22 avqust
“Antverpen” (Belçika) – AEK (Afina, Yunanıstan) 1:0
“Rakuv” (Polşa) – “Kopenhagen” (Danimarka) 0:1
“Reyncers” (Şotlandiya) – PSV (Niderland) 2:2
23 avqust
23:00. “Braqa” (Portuqaliya) – “Panatinaikos” (Yunanıstan)
23:00. “Makkabi” (Hayfa, İsrail) – “Yanq Boyz” (İsveçrə)
23:00. “Molde” (Norveç) – “Qalatasaray” (Türkiyə)


