Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2023/2024 mövsümünün pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.
“Braqa” doğma meydanda “Panatinaikos”u, “Makkabi” (Hayfa) “Yanq Boyz”u qəbul edib. Portuqaliyada meydan sahibləri inamlı qələbəyə seviniblərsə, İsraildəki görüşdə hesab açılmayıb.
Türkiyə çempionu “Qalatasaray” isə səfərdə “Molde” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu gərgin oyunda İstanbul təmsilçisi çətin qələbəyə sevinib.
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları avqustun 29-30-da keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunları
22 avqust
“Antverpen” (Belçika) – AEK (Afina, Yunanıstan) 1:0
“Rakuv” (Polşa) – “Kopenhagen” (Danimarka) 0:1
“Reyncers” (Şotlandiya) – PSV (Niderland) 2:2
23 avqust
“Braqa” (Portuqaliya) – “Panatinaikos” (Yunanıstan) 2:1
“Makkabi” (Hayfa, İsrail) – “Yanq Boyz” (İsveçrə) 0:0
“Molde” (Norveç) – “Qalatasaray” (Türkiyə) 2:3


