Qara Futbolçuların Tərəfdaşlığı İngiltərə futbolunu ittiham etdi

Qara Futbolçuların Tərəfdaşlığı İngiltərə futbolunu qaradərili məşqçilərin klublarda az təmsil olunmasına diqqət yetirməməkdə ittiham edib.

Arena.az bu barədə “Sky Sports”a istinadən xəbər verir.

Hələ 2020-ci ildə İngiltərə Futbol Assosiasiyası klub heyətində ağ olmayan işçilərin az təmsil olunması problemini həll etmək məqsədi ilə Futbol İdarəçiliyində Müxtəliflik Məcəlləsi hazırlayıb.

Müvafiq sənədi Premyer Liqanın bütün 20 klubu dəstəkləyib. Bununla belə, Çempionşip, Liqa 1 və Liqa 2 komandalarının yer aldığı İngiltərə Futbol Liqasında yer alan 72 klubdan yalnız 29-u yeni məcəlləni imzalayıb.

Məcəllədə klubların hədəfləməsi gərəkli olan kvotalar var: adi məşqçi vəzifələrinə yeni işə qəbul edilənlərin 25%-i, eləcə də yüksək səviyyəli məşqçi vəzifələrinə qəbul edilənlərin 10%-i qaradərili, asiyalı və ya qarışıqəsilli olmalıdırlar.

Qaradərili futbolçular Premyer Liqadakı bütün oyunçuların 43%-ni, eləcə də İngiltərə Futbol Liqasındakı klubların oyunçularının 34%-ni təşkil edir.

Bütün divizionlardan yalnız 10 klub qoyulmuş tələblərə cavab verir:

“Arsenal”, “Mançester Yunited”, “Brentford”, “Börnli”, “Berton Albion”, “Donkaster Rovers”, “Flitvud Taun”, “İpsviç Taun”, “Quinz Park Reyncers” və “Stok Siti”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: