Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində ikinci oyununa çıxıb.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu Danimarka təmsilçisi “Kopenhagen”lə üz-üzə gəlib.
Sözügedən komandalar arasındakı oyun Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Görüşü Niderlanddan olan hakimlər briqadası idarə edib.
Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə uğurlu start vermişdi. Ağdam klubu səfərdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 hesabıyla qalib gəlmişdi. “Kopenhagen” isə startda Almaniya təmsilçisi “Bayer”lə sülh bağlamışdı – 2:2.
“Kopenhagen”lə oyun da Ağdam klubu üçün uğurlu alınıb. Hər hissədə bu rəqibinə bir qol vuran Azərbaycan çempionu yekunda inamlı qələbəyə sevinib və xal hesabını 6-ya çatdırıb.
Qeyd edək ki, “Qarabağ” ÇL-in Liqa mərhələsindəki növbəti oyununu oktyabrın 22-də səfərdə İspaniyanın “Atletik” (Bilbao) komandasına qarşı keçirəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur
1 oktyabr
“Qarabağ” – “Kopenhagen” 2:0
Qollar: Abdullah Zubir, 28. Emmanuel Adday, 83.
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeinstra, Patrik İnia, Yannik Van Der Laan.
VAR: Rob Dieperink.
AVAR: Jeroen Manşot (Hamısı Niderland).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 11. Emmanuel Adday, 18. Dani Bolt, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Kopenhagen: 1. Dominik Kotarski, 5. Qabriel Pereyra, 6. Pantelis Hatsidiakos, 9. Yussufa Mukoko, 10. Məhəmməd Elyunussi, 11. Cordan Larsson, 12. Lukas Lerager, 13. Rodriqo Hueskas, 15. Markos Lopes, 16. Robert, 27. Tomas Delaney (k).
Ehtiyat oyunçular: 31. Runar Runarsson, 61. Oskar Buur, 4. Munaşe Qarananqa, 7. Viktor Klaesson, 20. Yunnosuke Suzuki, 21. Mads Emil Madsen, 22. Yoram Zaque, 24. Birger Melinq, 30. Elias Aşuri, 36. Uilyam Klem.
Baş məşqçi: Yakob Neestrup.


