“Qarabağ” ispan futbolçu ilə gücləndi – VİDEO

“Qarabağ” heyətini daha bir futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Ağdam təmsilçisi İspaniyanın “Kadis” klubundan Qaspar Panadero Samoranı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı vingerlə imzalanan müqavilənin detalları açıqlanmayıb. İspan futbolçu yeni komandasında “17” nömrəli formanı geyinəcək.

Qaspar Panadero Samora 2020-ci ilin avqustundan “Kadis”də çıxış edirdi. Vinger ötən mövsümü icarə əsasında Sequnda təmsilçisi “Ponferradina”da keçirib. O, əvvəllər “Almeriya”da və “Əl-Vahda”da da çıxış edib. “Qarabağ”ın yeni transferi vaxtilə İspaniyanın U-18 və U-19 yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: