Futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ” – Şelburn” matçının hakimləri müəyyənləşib.
Arena.az xəbər verir ki, Bakıda baş tutacaq oyun İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.
Görüşün baş hakmi Andrea Kolombo olacaq. Ona yan xətt hakimləri Stefano Alassio və Dario Cekkoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kevin Bonakina yerinə yetirəcək.
VAR hakimi Daniele Doveri, AVAR hakimi isə Daniele Paterna olacaq.
Xatırladaq ki, “Qarabağ” – “Şelburn” matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı ilk oyun isə ayın 23-də İrlandiyada baş tutacaq.


