“Qarabağ” və “Neftçi”nin oyunları FİFA referilərinə tapşırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 1-ci turun son iki oyunu üçün hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, “Zirə” – “Qarabağ” və “Neftçi” – “Qəbələ” görüşləri FİFA referilərinə həvalə olunub.

Zirə İdman Kompleksinin stadionunda oynanılacaq matçı Rauf Cabbarov, “Bakcell Arena”dakı qarşılaşmanı isə Elçin Məsiyev idarə edəcək.

Azərbaycan Premyer Liqası
1-ci tur
15 avqust

18:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rauf Allahverdiyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu.

20:00. “Neftçi” –“ Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Əliyar Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Bakcell Arena”.

Xəbəri sosial şəbəkələrdə paylaş: