“Qarabağ”ın Çempionlar Liqasında ilk rəqibi bəlli olur

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasında (ÇL) 2023/2024 mövsümü üzrə ilk rəqibi müəyyənləşir.

Arena.az xəbər verir ki, bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında ÇL-in 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Tədbirə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək. Püşkatmada mərhələnin 15 cütü müəyyənləşəcək.

Püşkatma zamanı “səpələnmişlər” səbətində yer alacaq Ağdam klubunun potensial rəqiblərinin siyahısı artıq bəllidir. Azərbaycan çempionunun rəqibi “səpələnməmişlər” səbətində yer alan aşağıdakı komandalardan biri olacaq. Əvvəlki illərdə olduğu kimi, püşkatmada Ermənistan və Azərbaycan çempionları bir-biri ilə düşə bilməyəcək:

“Klaksvik” (Farer adaları), “Hakken” (İsveç), “Balkani” (Kosovo), “Struqa” (Şimali Makedoniya), “Linkoln” (Cəbəllütariq), “Rakuv” (Polşa), “Valmiera” (Latviya), “Larne” (Şimali İrlandiya), “Svift” (Lüksemburq), “Dinamo” (Tiflis, Gürcüstan), “Partizani” (Albaniya), “Farul” (Rumıniya), “Urartu” (Ermənistan), “Hamrun Spartans” (Malta) və 4 komandanın – “Buduçnost” (Monteneqro), “Breydablik” (İslandiya), “Tre Penne” (San Marino), “Atletik” (Andorra) – iştirakı ilə keçiriləcək ilkin mərhələnin qalibi.

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları 11/12 iyul və 18/19 iyulda keçiriləcək. “Qarabağ” bu mərhələni keçəcəyi halda – 2-ci mərhələdə də “səpələnmişlər” səbətində yer alacaq.

UEFA Çempionlar Liqası

İlkin mərhələ

“Atletik” (Andorra) – “Buduçnost” (Monteneqro
“Tre Penne” (San-Marino) – “Breydablik” (İslandiya)

Birinci təsnifat mərhələsi

Səpələnmişlər
“Ferentsvaroş” (Macarıstan)
“Ludoqorets” (Bolqarıstan)
“Jalgiris” (Litva)
“Şemrok Rovers” (İrlandiya)
TNS (Uels)
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya)
HJK (Finlandiya)
“Flora” (Estoniya)
“Olimpiya” (Sloveniya)
“Şerif” (Moldova)
BATE (Belarus)
“Astana” (Qazaxıstan)
“Makkabi” (Hayfa, İsrail)
“Zrinski” (Bosniya və Herseqovina)

Səpələnməmişlər
“Klaksvik” (Farer adaları)
İlkin mərhələnin qalibi
“Hakken” (İsveç)
“Balkani” (Kosovo)
“Struqa” (Şimali Makedoniya)
“Linkoln” (Cəbəllütariq)
“Rakuv” (Polşa)
“Valmiera” (Latviya)
“Larne” (Şimali İrlandiya)
“Svift” (Lüksemburq)
“Dinamo” (Tiflis, Gürcüstan)
“Partizani” (Albaniya)
“Farul” (Rumıniya)
“Urartu” (Ermənistan)
“Hamrun Spartans” (Malta)

Sonda onu da xatırladaq ki, bu gün Avropa Konfrans Liqasında da 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Amma saat 17:00-da başlanacaq bu tədbir bizim üçün böyük əhəmiyyət daşımır. Çünki Azərbaycanı Konfrans Liqasında təmsil edəcək üç klub – “Qəbələ”, “Sabah” və “Neftçi” mübarizəyə 2-ci raunddan başlayacaqlarından bu püşkatmada yer almayacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: