“Qarabağ”ın ilk rəqibi bəlli oldu – UEFA Çempionlar Liqasında

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olub.

Püşk zamanı “Qarabağ” səpələnmişlər səbətində yer almışdı. UEFA püşkatma öncəsi Azərbaycan çempionunun mümkün rəqiblərinin sayını da 5-ə endirmişdi. Belə ki, püşk “köhlən atlar”a “Zrinski” (Bosniya və Herseqovina), “Lex” (Polşa), “Hibernians” (Malta), “Şkupi” (Şimali Makedoniya) və “Dinamo” (Batumi, Gürcüstan) beşliyindən birini rəqib edəcəkdi. Püşkün yekununda Ağdam təmsilçisi Polşa çempionu “Lex”lə düşüb. Püşkə əsasən, ilk qarşılaşma Polşada, cavab görüşü Azərbaycanda olacaq.

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları 12-13 iyulda baş tutacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi

“Pünik” (Ermənistan) – ÇFR Kluj (Rumıniya)
“Maribor” (Sloveniya) – “Şaxtyor” (Soliqorsk, Belarus)
“Lüdoqorets” (Bolqarıstan) – “Sutyeska” (Monteneqro)
“Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya)
“Tobol” (Qazaxıstan) – “Ferentsvaroş” (Macarıstan)
“Malmö” (İsveç) – İlkin mərhələnin qalibi
“Ballkani” (Kosovo) – “Jalgiris” (Litva)
HJK (Finlandiya) – RFS (Latviya)
“Bodo Qlimt” (Norveç) – “Klaksvik” (Farer adaları)
TNS (Uels) – “Linfild” (Şimali İrlandiya)
“Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta)
“Lex” (Polşa) – “Qarabağ” (Azərbaycan)
“Şkupi” (Şimali Makedoniya) – “Linkoln” (Cəbəllütariq)
“Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova)
“Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan)

Xəbəri sosial şəbəkələrdə paylaş: