“Qarabağ”ın U-19 komandası “Atletik”ə də uduzdu

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının 2025/2026-cı illər mövsümündə keçirdiyi ardıcıl üçüncü oyunda məğlub olub.

Arena.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Liqa mərhələsinin 3-cü turunda İspaniyanın “Atletik” komandası ilə üz-üzə gəlib.

Sözügedən komandalar arasındakı görüş bu gün İspaniyada baş tutub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bilbao təmsilçisi 4-cü dəqiqədə Peyo Huestamendiyanın vurduğu qolla hesabı açıb. 57-ci dəqiqədə Huestamendiya, 70-ci dəqiqədə isə Manex Losano penaltidən dəqiq yararlana bilməyib. Amma Losano təkrar zərbə ilə komandasının ikinci qolunu vurmağı bacarıb. Oyunda son nöqtəni 89-cu dəqiqədə fərqlənmiş Kristian Mitoqo qoyub.

Bununla da “Qarabağ”ın U-19 komandası ardıcıl üçüncü oyunundan xalsız ayrılıb. Azərbaycan təmsilçisi daha öncə Portuqaliyada “Benfika”ya 1:7, Bakıda isə Danimarkanın “Kopenhagen” komandasına 0:5 hesabı ilə uduzmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: