Futbol üzrə Uels millisinin və ABŞ-ın “Los Anceles” klubunun yarımmüdafiəçisi Qaret Beyl karyerasını başa vurub. Arena.az xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, çox düşündükdən sonra futbolla vidalaşmaq qərarına gəldiyini bildirib: “Arzumu reallaşdırdığım və sevdiyim idman növü ilə məşğul olduğum üçün inanılmaz dərəcədə şanslıyam. Həyatımda yeni səhifə açıram. Dəyişiklik və yeni sərgüzəştlər üçün fürsət vaxtıdır”.
Xatırladaq ki, Qaret Beyl 2022-ci ilin iyun ayında İspaniyanın “Real” (Madrid) klubundan ayrılaraq azad agent kimi “Los Anceles”lə müqavilə bağlamışdı. Təcrübəli futbolçu MLS təmsilçisində 14 oyuna çıxıb və 3 qol vurub. O, karyerası ərzində İngiltərənin “Sauthempton” və “Tottenhem” komandalarının da şərəfini qoruyub.
Beyl karyerası ərzindəki ən böyük uğurları “Real”la əldə edib. O, Madrid klubu ilə üç dəfə İspaniya La Liqasının qalibi olub, bir dəfə ölkə kubokunu və super kubokunu qazanıb. Uelsli ulduz UEFA Çempionlar Liqasında da 5 dəfə qələbə sevinci yaşayıb. Onun UEFA super kubokunda iki qələbəsi və dörd klublararası dünya çempionluğu titulu var.
Yarımmüdafəçi Uels yığmasında 111 oyuna çıxıb və 41 qola imza atıb.


