İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt “üç şir”in AÇ-2024-ün final oyunundakı məğlubiyyətinə aydınlıq gətirib.
Arena.az xatırladır ki, ingilis mütəxəssisin çalışdırdığı İngiltərə yığması AÇ-2024-ün finalında İspaniya millisinə 1:2 hesabı ilə məğlub olaraq, qitə birinciliyinin gümüş medalları ilə təsəlli tapıb:
“Biz finalın sonuna qədər mübarizə apardıq. Düşünürəm ki, bu gün topa kifayət qədər yaxşı nəzarət edə bilmədik. Yaxşı müdafiə olunduq, amma topu qazananda təzyiqdən çıxmaq gərəkdir. Biz buna müvəffəq ola bilmədik. Bu, rəqibin oyuna daha çox nəzarət etməsi deməkdir və bu, bizi yorub usandıra bilərdi. Buna rəğmən, hesabı bərabərləşdirə bildik. Sonda hesabı hətta ikinci dəfə bərabərləşdirə bilərdik. Amma düşünürəm ki, İspaniya yığması bu yarışda ən yaxşı komanda idi.
Hazırlıq üçün bir gün əskikliyimiz vardı ki, bunda mütləq bir çatışmazlıq var. Buna rəğmən, 80 dəqiqə oyunda qaldıq. Əslində, nəticə çıxarmaq üçün bizə azacıq vaxt gərək olacaq”, deyə Qaret Sautqeyt bildirib.


