Qaret Sautqeytin çalışdırdığı İngiltərə yığması Avropa çempionatlarında qapıya zərbələr üzrə tarixən ən bərbad göstəriciyə malikdir.
Arena.az “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir ki, ingilis mütəxəssisin rəhəbərliyi ilə İngiltərə yığması hər oyunda rəqib qapısına orta hesabla 9 zərbə endirir.
Bu isə statistik məlumatların toplanılmasına başlanıldığı AÇ-1980-dən bəri, bir mütəxəssisin rəhbərliyi altında qitə birinciliyində yığma komandalar arasında ən aşağı göstəricidir.
Xatırladaq ki, AÇ-2024-ə Qaret Sautqeytin yetirmələri Serbiya yığması üzərində 1:0 hesablı qələbə ilə başlayıblar. 2-ci turda isə ingilislər Danimarka yığması ilə oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıblar. Sonuncu, 3-cü turda İngiltərə yığması Sloveniya yığması ilə qarşılaşacaq.
Hazırda İngiltərə yığması 4 xalla “C” qrupuna başçılıq edir. Danimarka (2 xal), Sloveniya (2 xal) və Serbiya (1 xal) yığmaları da öz iddialarını sonuncu tura saxlayıblar.


