Qaspar Neymardan atalıq müayinəsindən keçməsini tələb edir

Macarıstan vətəndaşı Qabriella Qaspar “Əl-Hilal”ın braziliyalı ulduzu, hücumçu Neymarın atalıq müayinəsindən keçməsini tələb edir.

Arena.az bu barədə “Terra” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Qaspar San-Pauluda mülki məhkəməyə müraciət edib. Qadın Neymarla Boliviyada, Braziliya millisinin yoldaşlıq oyunu keçirdiyi zaman tanış olduğunu bildirib və futbolçudan hamilə qaldığını iddia edir.

Qaspar 9 yaşlı qızının doğum şəhadətnaməsinə atanın adının daxil edilməsini, həmçinin 30 min avro məbləğində müavinət ödəmələrini tələb edir. Qasparın vəkili vurğulayır ki, bu məbləğ yüksəkdir, çünki ödəniş geriyə tarixdən hesablanır, belə ki, ana doqquz il ərzində uşağın bütün xərclərini özü təkbaşına ödəyib.

Hazırda bu iş məhkəmənin baxışındadır.

Neymarın özü isə 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə alıb. Cərrahi əməliyyatdan uğurla çıxmış Neymar hazırda çətin bərpa prosesi keçir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: