Qavi yenə zədə aldı – Klubu açıqladı

Futbol üzrə İspaniya yığma komandasının və “Barselona” klubunun mərkəz yarımmüdafiəçisi Qavi yenidən sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu La Liqanın 2-ci turunda “Elçe”yə qarşı keçirdikləri matçda (5:0) zədələnib. Birinci hissənin sonunda əvəzlənmiş futbolçuya sağ dizin əzilməsi diaqnozu qoyulub. Yarımmüdafiəçinin dəqiq bərpa müddəti bəlli olmasa da, onun yaxın vaxtlarda məşqlərə qayıdacağı gözlənilir.

Xatırladaq ki, ispaniyalı futbolçu 2023-cü ildə ön çarpaz bağların qırılması səbəbindən ağır diz zədəsi almışdı. Ondan sonra yarımmüdafiəçi tez-tez belə sıradan çıxır.

Qavi “Barselona”nın yetirməsidir və klubla müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. Gənc istedad Kataloniya təmsilçisinin əsas komandasında 2021-ci ilin 29 avqust tarixində İspaniya La Liqasının “Xetafe”yə qarşı oyununda debüt edib. İspan futbolçunun “blauqrana”nın heyətində çıxışının ümumi mənzərəsi 167 oyun, 10 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Yarımmüdafiəçi “Barselona” ilə İspaniya La Liqasını (3 dəfə), İspaniya Kubokunu (1 dəfə) və İspaniya Super Kubokunu (3 dəfə) qazanıb.

Qavi 2021-ci ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasında 32 oyun keçirib, 5 qol vurub. O, millinin heyətində UEFA Millətlər Liqasının (2023) və dünya çempionatının (DÇ-2026) qalibi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı ispan yarımmüdafiəçininin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: