Braziliyanın “Qremio” klubunun sol vingeri Qustavo Nunes bundan sonra “Brentford” komandasının uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Premyer Liqa təmsilçisi bu transfer üçün “Qremio”ya 12 milyon avro ödəyib. 18 yaşlı braziliyalı futbolçu ilə 6+2 illik müqavilə imzalanıb.
Qustavo Nunes “Qremio”nun öz yetirməsidir. Gənc vinger doğma klubunun əsas komandasında 30 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə müəllifi olub.


