Qvardiola “Mançester Siti”nin heyəti ilə bağlı şikayətləndi

“Mançeter Siti”nin baş məşqçisi Xosep Qvardiola yeni mövsüm ərəfəsində “şəhərlilər”in heyətini ixtisar etmək haqda düşünür.

Arena.az ESPN şəbhəkəsinə istiandən, 54 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən, hazırda ixtiyarmızda olan oyunçuları məmuniyyətlə bütün növbəti mövsümə saxlayardım. Mənim oyunçulara, özlərini necə aparmaları ilə bağlı iradlarım yoxdur. Mənə, ehtiyatımda altı-yeddi oyunçunun olması gərəkdir.

Fəsad ondadır ki, onlar mövsüm ərzində bədbəxt olacaqlar. Onlar kədərlənəcəklər, onlar pərişanlıq yaşayacaqlar. Mən isə bunu istəmirəm.

Hazırda bizim heyətimiz həddindən artıq böyükdür, oyunçularımız həddindən artıq çoxdurlar. Ona görə də biz 26 və 27 oyunçunun xidmətinə bel bağlaya bilmərik, bəziləri çıxıb-gedəcəklər”, deyə “Pep” vurğulayıb.

Xatırladaq ki, mövsümün sonunda Qvardiola bildirmişdi ki, əgər onu şişirdilmiş heyətlə oynamağa təhrik etsələr, “şəhərlilər”dən ayrılacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: