21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov Çexiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar ötən gün Avropa çempionatının (AÇ-2027) seçmə mərhələsi çərçivəsində Bakıda üz-üzə gəliblər.
“Masazır Arena”da təşkil edilmiş oyunda qalib müəyyənləşməyib – 1:1. Hər iki qol ilk hissədə vurulub. Hesabı qonaqlar açıblar. Amma millimiz fasiləyə kimi buraxılmış qolun əvəzini çıxmağı bacarıb.
Rəşad Eyyubov matçdan sonra jurnalistlərə açıqlamasında heç-heçə barədə bunları dilə gətirib:
“Çox ağır oyun keçirdik. İntensivlik baxımından tam 90 dəqiqə üçün hazır olmasaq da, oyunçularımıza xarakter göstərdiklərinə görə təşəkkür edirəm. Sona qədər mübarizə apardılar. İndi bizim üçün vacib məqam düzgün bərpa olunmaq və növbəti oyuna hazır olmaqdır”.


