Radja Nainqqolan Belçika klubunda

“İnter”dən ayrılan Radja Nainqqolan karyerasını Belçikada davam etdirəcək. Arena.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu ölkənin “Antverpen” klubu ilə anlaşıb.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Nainqqolanla 2 illik müqavilə imzalanıb.

Radja Nainqqolan 2018-ci ildən “İnter”in uğurları üçün çalışırdı. Təcrübəli yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 41 oyunda 7 qolla yadda qalıb. Futbolçu həm 2019/20, həm də 2020/21 mövsümlərində “Kalyari”də icarədə oynayıb.

Nainqqolan daha öncə “Pyaçentsa” və “Roma”da da çıxış edib. Belçika millisində 30 oyun keçirmiş futbolçu, 6 qola da imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: