Rafael Utziq yenidən “Qəbələ”də!

Son olaraq Vyetnamın “Ho Çi Min Siti” klubunda çıxış etmiş braziliyalı hücumçu Rafael Utziq bundan sonra “Qəbələ”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

30 yaşlı cinah hücumçusu ilə 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Xatırladaq ki, braziliyalı vinger daha əvvəl də “Qəbələ”də çıxış edib. O, 2020-2023-cü illər aralığında bu komandanın heyətində 94 oyuna çıxıb, 18 qol vurub, 11 məhsuldar ötürmə verib.

Utziq daha sonra Azərbaycanda “Zirə”də də oynayıb. O, paytaxt klubunda da 61 oyuna 18 qol və 4 assistlə yadda qalıb.

30 yaşlı hücumçu karyerası ərzində “Parana”, “Çunqnam Asan”, “Ypiranqa” kimi klubların da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: