Raffaele Palladino “Atalanta”nı tərk etdi – Rəsmi

Futbol üzrə İtaliya A Seriyasında uğursuz mövsüm keçirmiş “Atalanta” klubu əsas komandanın baş məşqçisi Raffaele Palladino ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Berqamo təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssislə yanaşı, onun köməkçiləri Stefano Çitterio, Federiko Peluzo, Fabio Korabi, Nikola Riva, Mattia Kazella, Andrea Ramponi və Andrea Berti də vəzifələrindən azad ediliblər.

Xatırladaq ki, Palladino ötən ilin noyabrında serbiyalı mütəxəssis İvan Yuriçin istefaya göndərilməsindən sonra Berqamo təmsilçisinə rəhbərlik etməyə başlamışdı. “Atalanta” onun rəhbərliyi altında 2025/2026-cı illər mövsümündə İtaliya A Seriyasını 7-ci pillədə tamamlayıb və Konfrans Liqasında iştirak hüququ qazanıb.

Raffaele Palladino “Atalanta”nı bütövlükdə 39 oyuna çıxarıb. Berqamo təmsilçisi bu görüşlərdə 18 qələbə, 8 heç-heçə görüb, 13 məğlubiyyət yaşayıb.

42 yaşlı italyan mütəxəssis daha öncə “Fiorentina” və “Montsa”ya da rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: