“Barselona”nın 28 yaşlı braziliyalı ulduz hücumçusu Rafinya hazırda ABŞ keçirilən 2025-ci il FIFA Klub Dünya Kubokunu tənqid edib.
Arena.az “TNT Sports” dərgisinə istinadən, braziliyalı ulduzun müvafiq açıqlamasını təqdim edir:
“Məzuniyyətdən imtina etməklə, oynamağa məcbur edildiyiin bir yerdə iştirak etmək – qanqaraldıcıdır. Futbolçulardan təqvimlə bağlı bircə dəfə də soruşmadılar ki, onlar oynamaq istəyirlərmi ya yox”, deyə Rafinya qeyzlə bildirib.
Xatırladaq ki, “Barselona” klublararası dünya çempionatında iştirak etmir.
Əlavə edək ki, yarışın qrup mərhələsi başa çatıb, bu gün, iyunun 28-də isə ələmə mərhələsinin 1/8 final mərhələsi başlayacaq.


