“Barselona”nın 28 yaşl braziliyalı ulduzu, cinah hücumçusu Rafinya “Qızıl top”u qazanmasının mümkünlüyünü şərh edib.
Arena.az “Barça Universal” dərgisinə istinadən, braziliyalı ulduzun müvafiq açıqlamasını təqdim edir:
“Mən “Qızıl top” haqda düşünmürəm. Amma əgər onu qazansam, onda bu, mənim, klubum və ölkəm üçün əməyimin nəticəsi olacaq. Ancaq mənim məqsədim – komanda ilə birlikdə qənimtlər qazanmaqdır. Fərdi mükafatlar sonra gələcək, amma onlar olmasalar da, bu da adi haldır.
Bir çox adam mənə “Qızıl top”la bağlı məzhəkələr göndərirlər, amma bu, mənim üçün əhəmiyət kəsb etmir. Bu, mənim qarşımda qoyduğum məqsəd deyil. Mənim məqsədim – qənimətlər qazanmaq və bütün güc-qüvvəmi oynadığım komandaya verməkdir”, deyə “Rafa” vurğulayıb.
Rafinya “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tanhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə braziliyalı futbolçu “Barselona” üçün bütün yarışlarda 54 oyun keçirib, 34 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 141 oyun, 54 qol və 50 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.


