Rafinya: “Mən Ronaldinyodan ilhamlanırdım, həm də…”

“Barselona”nın 28 yaşlı braziliyalı ulduzu, cinah hücumçusu Rafnya hansı futbolçulardan ilham mənbəyi olaraq nümunə götürdüyünü açıqlayıb.

Arena.az “Barça Universal” dərgisinə istinadən, braziliyalı ulduzun müvafiq açıqlamasını təqdim edir:

“Uşaqlıqda mənim ancaq bircə oyunçum vardı ki, mən ona bənzəmək istəyirdim: Ronaldinyo. Mən məktəbə gedər və onu təqlid edərdim, başıma sarğı keçirər, onun adı yazılmış köynəyi geyərdim. O, mənim üçün bir təqlid nümunəsi idi.

Mən futbola baxmağa başlayanda, mənim xoşuma Neymar, Robben, Kristiano Ronaldo və Lionel Messi gəlirdilər. Hər bir oyunçuda mən nəsə özümün olanı görürdüm. Onlar məni ilhamlandırırdılar. Mənim, Argentinadan Messinin köynəyi asılıb, çünki o, mənim üçün və hamı üçün bir ölçüdür”, deyə “Rafa” vurğulayıb.

Rafinya “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tanhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə braziliyalı futbolçu “Barselona” üçün bütün yarışlarda 54 oyun keçirib, 34 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 141 oyun, 54 qol və 50 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: