Rahilə Hüseynzadə Avropa birinciliyində 7-ci yeri tutdu

Ağır atletika üzrə Azərbaycan yığmasının üzvü Rahilə Hüseynzadə Rumıniyada keçirilən Avropa birinciliyində qüvvəsini sınayıb.

Arena.az xəbər verir ki, iyulun 26-da start götürmüş və avqustun 3-də başa çatacaq qitə birinciliyində yaşı 20 və 23-ə qədər olan gənclər yarışırlar.

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) mübarizə aparır. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Bu gün millimizin üzvlərindən daha biri – Rahilə Hüseynzadə də körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlər arasında 87 kq çəki dərəcəsində yarışıb.

Toplam 192 kq (84+108) nəticə göstərən Rahilə yekun sıralamada 7-ci yeri tutub.

Xatırladaq ki, millimizin üzvlərindən daha öncə Ömər Cavadov (U-23, 73 kq) birdən qaldırma hərəkətində qızıl medal qazanıb. O, yekun sıralamada 4-cü olub. Füqan Əliyev (U-23, 81 kq) də təkanla qaldırma hərəkətində uğurlu çıxış edib. O, 179 kq-ı qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin gümüş medalını qazanıb, yekun sıralamada isə 4-cü yeri tutub. Millimizin digər üzvü Əvəz Tağıyev (U-23, 55 kq) Avropa birinciliyini 5-ci yerdə başa vurub.

Azərbaycan millisinin heyətində son olaraq Əli Şükürlü (U-20, 109 kq) Avropa birinciliyində qüvvəsini sınayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: