Rahil Məmmədov oynadı, “Radomyak” kubokla vidalaşdı

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın “Radomyak” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Polşa Kubokunda 2024/2025-ci illər mövsümünün 1/16 final mərhələsinin oyunları keçirilir.

Rahilin komandası bu mərhələdə “Slask”la qarşılaşıb. “Radomyak” doğma meydanda baş tutan bu oyunda 0:3 hesabıyla uduzaraq kubokla erkən vidalaşıb. Rahil bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb.

Qeyd edək ki, “Radomyak”ın Polşa çempionatında da işləri yaxşı getmir. Rahilin komandası 12 turdan sonra 11 oyuna topladığı 12 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Xatırladaq ki, bu ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində indiyə qədər 8 oyuna çıxıb.

Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 20 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: