Rahmonaliyev, Mbina və Mikels də “Sabah”dan ayrılır

“Sabah”ın daha 3 legioneri – Umarali Rahmonaliyev, Patrik Mbina və Coy-Lens Mikels də ölkələrinin milli komandalarına dəvət alıb.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Umarali Rahmonaliyev Özbəkistan, Patrik Orfe Mbina Qabon, Coy-Lens Mikels isə Ruanda milli komandasına çağırılıb. Onlar sözügedən komandaların heyətində sentyabr və oktyabr aylarına təsadüf edəcək oyunlarda iştirak hüququ qazanacaqlar.

Xatırladaq ki, daha öncə Timoteuş Puxaçın Polşa yığmasına, Stas Pokatilovun isə Qazaxıstan millisinə çağırıldığı bəlli idi.

Tellur Mütəllimov, Rəhman Daşdəmirov, Abdulla Xaybullayev, Aleksey İsayev və Rəvan Mirzəmmədov isə Azərbaycan milli komandasının heyətinə çağırılıblar.

Bir sözlə, qarşıdakı milli fasilə dönəmində “Sabah”ın bütövlükdə 10 futbolçusu müxtəlif ölkələrin milli komandalarında çıxış etmək hüququ qazanacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: