Ralf Ranqnik Avstriya millisinin baş məşqçisi təyin olundu

İngiltərənin “Mançester Yunayted” komandasının çalışdırıcısı Ralf Ranqnik Avstriya millisinin baş məşqçisi təyin edilib. Arena.az xəbər verir ki, bu barədə Avstriya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 63 yaşlı mütəxəssis bu mövsümün sonuna qədər İngiltərə təmsilçisini çalışdırmağa davam edəcək. O, mayın sonunda “qırmızı şeytanlar”dan ayrılacaq və Avstriya millisini UEFA Millətlər Liqasının oyunlarına hazırlaşdırmağa başlayacaq.

Ralf Ranqnik Avstriya Futbol Federasiyası ilə iki illik müqavilə imzalayıb. Avstriya yığması AÇ-2024-ə vəsiqə qazansa, tərəflər arasındakı müqavilənin müddəti 2026-cı ilə qədər uzadılacaq.

Sonda onu da xatırladaq ki, “Mançester Yunayted”i yeni mövsümdən “Ayaks”ın baş məşqçisi Erik ten Haq çalışdıracaq. Niderlandlı mütəxəssis artıq İngiltərə klubu ilə rəsmi müqavilə imzalayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: