Ramil Şeydayev üçün 73 dəqiqə və növbəti qələbə – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF Birinci Liqanın 21-ci turu çərçivəsində “Adanaspor”la qarşılaşıb.

Doğma meydanda baş tutan görüş Kocaeli klubu üçün uğurlu alınıb. Ramilin komandası minimal hesablı qələbəyə sevinib – 1:0.

Şeydayev bu oyuna start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

Ardıcıl üçüncü qələbəsini rəsmiləşdirən “Kocaelispor” bu nəticədən sonra 42 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Xatırladaq ki, Ramil Şeydayev “Kocaelispor”a yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 2 oyuna çıxsa da, hələlik, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: