İspaniya nəhəngi “Real”ın Fransa yığmasının və PSJ-nin ulduz hücumçusu Kilian Mbappenin transferini bitirdiyi iddia olunur.
Arena.az bu barədə jurnalist Fransua Qallardoya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, sövdələşmə artıq gerçəkləşib. Madrid klubu 224 milyon avro + 56 milyon avro seximi üzrə ödənişi həyata keçirib ki, bu da futbol tarixinin ən bahalı transferidir.
Xatırladaq ki, daha əvvəl iyunun 6-sı və ya 7-si tarixində Kilian Mbappenin nəhayət “Real”ın futbolçusu ola biləcəyi haqda məlumat verilmişdi.
Kilian Mbappe 2017-ci ilin yayında PSJ-yə transfer edilib. Geridə qalmış mövsümdə Mbappe parislilərin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə verib. Onun PSJ karyerası bütövlükdə 260 oyun, 212 qol və 98 məhsuldar ötürmədən ibarətdir.
Mbappe daha öncə “Monako”da da forma geyinib – 60 oyun, 27 qol, 16 assist.
24 yaşlı forvard kapitanı olduğu Fransa yığmasında da 70 oyun keçirib, 40 qol vurub.
Xatırladaq ki, bundan əvvəl mətbuatda dəfələrlə Mbappenin İspaniya nəhənginə keçidi ilə bağlı məlumatlar yayılmışdı.


