Futbol üzrə İspaniya kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, bu gün sonuncu finalçının adına aydınlıq gəlib.
Madrid “Real”ı səfərdə əzəli rəqibi “Barselona”nın qonağı olub. Bu komandalar arasında Madriddə keçirilmiş ilk oyun Kataloniya təmsilçisinin qələbəsiylə yekunlaşmışdı. Cavab görüşündə isə “Real” 4 cavabsız qolla qalib gələrək finala yüksəlib.
Xatırladaq ki, daha öncə “Osasuna” Bilbao “Atletik”ini iki oyunun nəticəsinə əsasən üstələyərək finala çıxmışdı. Beləliklə, İspaniya kubokunda mayın 6-da keçiriləcək həlledici oyun “Real”la “Osasuna” arasında olacaq. Final qarşılaşması Sevilya şəhərində təşkil olunacaq.
İspaniya kuboku
Yarımfinalın cavab oyunları
4 aprel
Atletik – Osasuna 1:1
Qol: İ.Uilyams, 33 – P.İbanes, 116.
İlk oyun – 0:1.
5 aprel
Barselona – Real 0:4
Qol: J.Vinisius, 45+1. K.Benzema, 50; 58; 80.
İlk oyun – 1:0.


