“Real” “Liverpul”u darmadağın etdi – Çempionlar Liqasında

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib. Arena.az xəbər verir ki, Bakı vaxtı ilə saat 00:00-da start götürən qarşılaşmalardan biri İngiltərədə, digəri Almaniyada baş tutub.

Gecənin ən prinsipial matçı İngiltərədəki “Enfild” stadionunda yerli “Liverpul”la İspaniyanın “Real” komandaları arasında reallaşıb. Tərəflər bu oyuna qədər Avropanın ən nüfuzlu klub turnirində 9 dəfə üz-üzə gəlmişdilər. Bunların beşində “kral klubu”, üçündə Premyer Liqa təmsilçisi qalib gəlmiş, bir qarşılaşma isə heç-heçə ilə yekunlaşmışdı. Məhsuldar keçən bu oyunda isə Madrid təmsilçisi əzmkar qələbəyə sevinib. “Liverpul” ilk 14 dəqiqədə 2 cavabsız qol vurmasına baxmayaraq,

Gecənin digər matçında isə Çempionlar Liqasının iddialı kollektivlərindən olan İtaliyanın “Napoli” komandası Frankfurt “Ayntraxt”ının qonağı olub. Bu iki komandanın ÇL-də yolu cəmi bir dəfə kəsişib. 1994/95 mövsümünə təsadüf edən hər iki qarşılaşma Bundesliqa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu oyunda isə Neapol təmsilçisi qələbə qazanan tərəf olub.

UEFA Çempionlar Liqasında 1/8 finalın qalan iki oyunu sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 final
21 fevral

Ayntraxt (Almaniya) – Napoli (İtaliya) 0:2
Qol: Osimhen, 40. Di Lorentso, 65.
Baş hakim: Soares Dias (Portuqaliya).
Frankfurt. “Doyçe Bank Park”.

Liverpul (İngiltərə) – Real (İspaniya) 2:5
Qol: D.Nunes, 4. Salah, 14 – Vinisius, 21; 36. Militao, 47. Benzema, 55; 67.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Liverpul. “Enfild” stadionu.

Xatırladaq ki, ötən həftə baş tutan 1/8 finalın ilk dörd qarşılaşmasında bu nəticələr qeydə alınmışdı:

Milan (İtaliya) – Tottenhem (İngiltərə) – 1:0
PSJ (Fransa) – Bayern (Almaniya) – 0:1
Borussiya (Dortmund, Almaniya) – Çelsi (İngiltərə) – 1:0
Brügge (Belçika) – Benfika (Portuqaliya) – 0:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: