“Real” “quru oyun”lar üzrə klub rekordunu yenilədi

İspaniya La Liqasının 38-ci turunda “Santyaqo Bernabeu”da “Betis”ə qarşı ev oyunu (0:0) “Real” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu oyunda qapısının toxunulmazlığını təmin etmiş Madrid təmsilçisi, daha öncə müəyyən etdiyi, mövsüm ərzində “quru oyun”ların sayı üzrə rekordunu yeniləyərək, 21 oyuna çatdırıb.

Xatırladaq ki, Karlo Ançelottinin çalışdırdığı kollektiv İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi olub. “Qaymaqlılar” çempionluğu erkən surətdə, 34-cü turda təmin etmişdilər.

“Real” 38 oyunun 29-da qələbə qazanıb, 8-də heç-heçə edərək, cəmi 1 oyunda məğlub olub. 95 xal toplamış “qaymaqlılar” rəqiblərinə 87 qol vurublar, özləri isə 26 qol buraxıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: