“Real” səfərdə, “Atletiko” evdə qələbə qazandı

Futbol üzrə İspaniya La Liqasında 26-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Xetafe” – “Alaves” matçında qalib müəyyənləşməyib. Səfərdə “Malyorka” ilə qarşılaşan “Valensiya” minimal hesabla qalib gəlib.

Lider “Real” da ardıcıl məğlubiyyətləri sıralayan “Rayo Valyekano”nun qonağı olub və 3 xalı tək qolla qazanıb. Madridin digər təmsilçisi “Atletiko” isə doğma meydanda “Selta”nı 2 cavabsız qolla üstələyib.

“Barselona” “Kamp Nou”da “Atletik”i sınağa çəkəcək. Kubok da daxil olmaqla son iki oyunda kataloniyalılar Bilbao təmsilçisini məğlub edə bilməyib. Çempionluq yarışını davam etdirən “Sevilya” isə bu turda “Betis”lə üz-üzə gələcək.

İspaniya La Liqası
26-cı tur

25 fevral

Levante – Elçe 3:0
Qol: Morales, 37. De Frutos, 67. Melero, 90.

26 fevral

Malyorka – Valensiya 0:1
Qol: Paulista, 4.

Xetafe – Alaves 2:2
Qol: E.Ünal, 55; 72 – Eskalante, 45+1. Mendes, 56.

Rayo Valyekano – Real 0:1
Qol: Benzema, 83.

Atletiko – Selta 2:0
Qol: Lodi, 36; 60.

27 fevral

17:00. Vilyarreal – Espanyol
19:15. Sevilya – Betis
21:30. Real Sosyedad – Osasuna
00:00. Barselona – Atletik

28 fevral

00:00. Qranada – Kadis

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: